Rusiya KİV: “Paşinyan təkcə cəbhədə deyil, öz ölkəsində də uduzur”

Dağlıq Qarabağdakı hərbi əməliyyatlar göstərir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın münaqişənin başlanğıcından atdığı bütün addımlar tələsik idi və şöhrət naminə olub.

Bu barədə Yugsn.ru saytında yayımlanan məqalədə deyilir.

Qeyd olunur ki, indi bu, xüsusi heyət və könüllülərin böyük itkiləri, texnika və cəbhədəki uğursuzluqlarla yanaşı, kəşfiyyatın işində də özünü göstərir.

Bundan əlavə, Ermənistanın hazırkı hökumətinin döyüş meydanında bir strategiyasının olmadığı açıq şəkildə görünür. Burada yalnız Zaqafqaziya ölkəsində bioloji laboratoriyalar yerləşdirən, QHT-lərə sponsorluq edən, LGBT və digər bu kimi fəaliyyətləri təbliğ edən Qərb tərəfdaşları hesabına zəngin olmaq arzusu olub.

Nəticədə, demokratiyanı və ABŞ kuratorlarını çox sevən Paşinyan dövründə bir partlayış baş verib.

İndi Prezident İlham Əliyev sülh naminə hərbi əməliyyatları dayandırmağa hazırdır.

“Müharibə nə qədər tez başa çatsa, bir o qədər yaxşıdır. Dəfələrlə demişəm və bir daha təkrar edə bilərəm ki, Ermənistanın baş naziri qalan əraziləri azad etmək öhdəliyini götürsə, elə bu gün dayanmağa hazırıq”, – İlham Əliyev bildirib.

Ancaq Nikol Paşinyan barışığa razı deyil. Rusiya Prezidenti Vladimir Putinlə görüşmək və KTMT çərçivəsində bəzi müttəfiqlik öhdəliklərinə istinad edərək kömək istəyir.

Lakin baş nazir Ermənistan ərazisinə hücum edildiyi təqdirdə Rusiyanın kömək edə biləcəyini unudur.

Nikol Paşinyan cəbhədəki məğlubiyyətlərə səbəb olan daxili problemləri görmür.

Yayılmış koronavirus pandemiyası səbəbindən ölkəsində fəlakətli vəziyyət daha da inkişaf edir. Deməli, üç milyonluq əhalisi olan Ermənistanda yüz mindən çox yoluxma halı var.

Beynəlxalq konfliktlər üzrə ekspert Yevgeni Mixaylov qeyd edir ki, əgər Ermənistanda çevriliş baş verərsə, o zaman Baş nazir Paşinyanın qaçacağı yeri yoxdur, erməni xalqı onu harada olsa, yaxalayacaq.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button