Rusiya Krımdakı hərbçilərini geri çəkir – Müdafiə Nazirliyi
“Krım yarımadasının poliqonlarında taktiki təlimlərdə iştirakını başa vuran Cənub Hərbi Dairəsinin (CHD) bölmələri dəmir yolu ilə daimi dislokasiya məntəqələrinə yürüş edir”.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bölmənin şəxsi heyəti zirehli texnikanın dəmir yolu platformasına yüklənməsini gerçəkləşdirib: “Döyüş texnikası və əsgərlər hərbi qatarlarla hərbi hissələrin daimi dislokasiya məntəqələrinə çatdırılacaq”.