Rusiya mediası Vensin Bakıya gözlənilən səfəri haqda nələr yazdı?

ABŞ-nin vitse-prezidenti Cey Di Vens fevral ayında Cənubi Qafqaza — Azərbaycan və Ermənistana tarixi səfərə hazırlaşır. Səfərin əsas məqsədi ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə formalaşan və region üçün strateji əhəmiyyət daşıyan “Tramp Marşrutu” (TRIPP) layihəsinin rəsmi açılışıdır. Vaxtilə müharibə və düşmənçiliklə yadda qalan bu regionda indi ABŞ biznesinin iştirakı ilə kommunikasiyaların bərpası və yeni iqtisadi reallığın formalaşması planlaşdırılır.

Polise.az Musavat.com -a istinadən xəbər verir ki, bu barədə Rusiyanın müxalifətyönlü “Novaya qazeta” yazıb.

Bu gün Bakı ilə İrəvanın barışması Tramp administrasiyasının ən uğurlu və şərtsiz diplomatik nailiyyətlərindən biri kimi təqdim olunur.

Bəs bu layihə regionun inkişaf vektorunu həqiqətən dəyişə bilərmi? Vensdən Bakı, İrəvan və səfər proqramına daxil edilməyən Tiflis nə gözləyir?

Джей Ди Вэнс едет на Южный Кавказ

Nəşr yazır ki, Vaşinqton Bəyannaməsindən əvvəl Ermənistan artıq ABŞ-la strateji tərəfdaş statusu əldə etmiş və Zəngəzur (Sünik) dəhlizinin inkişafı üzrə eksklüziv hüquqları Amerika tərəfinə vermişdi. Bu yol Azərbaycanı Naxçıvanla birləşdirəcək və rəsmi olaraq “Trump Route for International Peace and Prosperity” (TRIPP) adlandırılacaq. Layihə təkcə logistika deyil, eyni zamanda ABŞ-ın geosiyasi və iqtisadi mövcudluğunun yeni alətidir.

Nəşrə görə, 2025-ci ilin sonunda ABŞ hökuməti Firebird adlı startapa Ermənistana NVIDIA çiplərinin ixracına icazə verdi. Şirkət dərhal 500 milyon dollarlıq ilkin investisiya elan etdi. Məqsəd regionda süni intellekt üçün superkompüter infrastrukturu yaratmaqdır. Layihənin gələcək mərhələlərinin milyardlarla dollar dəyərində olacağı bildirilir. Bu infrastrukturun enerji təminatı üçün Ermənistanda yeni atom elektrik stansiyasının ABŞ-ın iştirakı ilə inşa ediləcəyi ehtimal olunur.

Azərbaycan isə bu yeni geosiyasi balansdan ABŞ istehsalı olan müdafiə xarakterli hərbi texnika tədarükü ilə faydalanacaq. Bu mənzərədə Rusiya faktiki olaraq kənarda qalır.

Bəllidir ki, ABŞ vitse-prezidentinin səfər proqramına Gürcüstan daxil edilməyib. Davosda Gürcüstan cəmi bir dəfə — tranzit rolu kontekstində xatırlanıb. Ekspertlər bunu Tiflisin Qərblə münasibətlərinin pisləşməsi ilə izah edir.

ABŞ hələ də Gürcüstanla strateji tərəfdaşlığı dondurub, oliqarx Bidzina İvanişviliyə qarşı sanksiyalar qüvvədə qalır. Nəticədə Gürcüstan regionda lider mövqeyini itirərək geosiyasi periferiyaya çevrilir.

Analitiklərin fikrincə, Trampın təşəbbüsü Cənubi Qafqaz üçün nadir tarixi şans yaradır. Region İran, Rusiya və Çin arasında yeni geosiyasi balans nöqtəsinə çevrilə bilər. ABŞ-ın aktiv iştirakı bu prosesi sürətləndirir.

“Gürcüstan hələ oyundan tam kənarda deyil, lakin zaman onun əleyhinə işləyir. Azərbaycan və Ermənistan isə artıq yeni regional arxitekturanın mərkəzinə çevrilmək üzrədir” deyə, nəşr yazır.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button