Rusiya MN: “Laçın dəhlizi və Xankəndinə qədər yol minalardan tam təmizlənib”

Rusiya sülhməramlıları Laçın dəhlizini və Xankəndinə qədər yolu minalardan tam təmizləyib.

General-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib:

“Rusiya sülhməramlı kontingentinin mühəndis bölmələri Laçın dəhlizini və Xankəndinə qədər yolu minalardan, partlayış təhlükəsi olan əşyalardan, vurulmuş və zədələnmiş texnikadan tam təmizləyib. Bu gün saat 10.00-dan Laçın dəhlizi mülki nəqliyyat vasitələrinin tam təhlükəsiz hərəkəti üçün açılıb”.

Mənbə
apa.az
Hamısını Göstər

Related Articles

Back to top button