“Rusiya Moldovanın Dnestryanı regionunda təxribat törədəcək” – Ukrayna Müdafiə Nazirliyi

“Rusiya Moldovanın Dnestryanı regionunda təxribat törədilə bilər”.

Bu, Ukrayna Sİlahlı Qüvvələrinin müharibənin 47-ci gününə olan məlumatında bildirilib.

Baş Qərargahın cəbhədəki son durumla bağlı xülasəsini təqdim edirik:

“Rəqib Slobojansk istiqamətindən hücum üçün təcavüzkar qoşun qrupları yaratmaqda davam edir. İşğalçılar ehtimal ki, yaxın günlərdə hücumu yenidən canlandırmağa çalışacaqlar.

Bundan əlavə, qarşı tərəf Ukraynada döyüş əməliyyatlarında iştirak etmək üçün şəxsi heyət, silah və texnikanın hazırlanması və göndərilməsini davam etdirir. Şərq Hərbi Dairəsinin 5-ci ümumqoşun ordusunun 60-cı ayrı-ayrı motoatıcı briqadasının daimi dislokasiya məntəqəsində silah və hərbi texnika toplanır. Çox güman ki, bu silahlar Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisinə aparılacaq.

Şərq Hərbi Dairəsinin 29-cu Ümumhərbi Ordusunun 36-cı əlahiddə motoatıcı briqadasından (Borzya, Zabaykalya vilayəti) tabor taktiki qrupunun itkilərinin bərpası məqsədilə briqadadan yeni çağırışçılar qəbul edilir. Seçilmiş heyətin daimi dislokasiya məntəqəsindən yola salınması bu il aprelin ikinci yarısına planlaşdırılır. Rusiyanın Ukraynanı qonşu dövlətə təcavüzdə ittiham etməsi üçün Moldovanın Dnestryanı regionunda təxribat törətməsi mümkündür. Çox güman ki, qarşı tərəf hərbi əməliyyatların aparıldığı yerlərə təminata mane olmaq məqsədilə Ukraynanın nəqliyyat infrastrukturu obyektlərini məhv etmək istəyəcək.

Belarus Silahlı Qüvvələrinin müəyyən hissəsi Brest və Qomel vilayətlərində Ukrayna-Belarus sərhədinin mühafizəsinin gücləndirilməsini davam etdirir.

6-cı Ümumqoşun Ordu və Şimal Donanmasının sahil qüvvələri Xarkov şəhərinin qismən blokadasını davam etdirir. Şəhərin ayrı-ayrı ərazilərinin artilleriya atəşinə tutulur.

İzyum istiqamətində işğalçılar “Orlan-10” PUA-ları ilə kəşfiyyat işləri aparır. Düşmənin iki batalyonu Dovjenko və Dmitrivka yaşayış məntəqələri istiqamətində hücuma cəhd edib, lakin uğursuz olublar.

Donetsk istiqamətində ruslar Popasna, Rubejne, Nijni və Novobaxmutivka yaşayış məntəqələrini nəzarətə götürməyə, Mariupol şəhəri üzərində tam nəzarətin yaradılmasına şalışır.

Mariupol şəhərində artilleriya və aviasiya vasitələrinin dəstəyi ilə işğalçı qüvvələr “Azovstal” zavodunun ərazilərinə və dəniz limanına hücumlarını davam etdirirlər. Onlar Vısokopilya, Trudolyubivka və Maryanske yaşayış məntəqələri rayonlarında qoşunlarımızın mövqelərini artilleriyadan atəşə tutub.

Donetsk və Luqansk rayonları ərazisində son 24 saat ərzində Ukraynanın müdafiəçiləri tərəfindən düşmənin dörd hücumu dəf edilib. Rusiyaya məxsus 5 tank, 8 zirehli texnika, 6 maşın və 8 artilleriya sistemi məhv edilib.

Hamısını Göstər

Related Articles

Back to top button