“Rusiya müharibə cinayətlərinə görə cəzasız qala bilməz”-Avropa

Avropa İttifaqı Ukrayna ilə bağlı mümkün hərbi-siyasi razılaşmaların Rusiyanı müharibə cinayətlərindən azad etməyəcəyini bəyan edib. Bu barədə Aİ-nin ədliyyə məsələləri üzrə komissarı Maykl Makqrat Politico qəzetinə açıqlamasında bildirib.

Musavat.com xəbər verir ki, Makqratın sözlərinə görə, danışıqlar aparan tərəflər elə bir mexanizm qurmalıdır ki, Kremlin hərbi cinayətlərdən yayınması mümkün olmasın. O xatırladıb ki, söhbət Ukrayna və beynəlxalq qurumlar tərəfindən sənədləşdirilmiş yüz minlərlə müharibə cinayətindən gedir.

BMT-nin xüsusi komissiyası artıq Rusiyanı insanlığa qarşı cinayətlərdə günahkar sayıb. Avropa İttifaqı və tərəfdaş ölkələr xüsusi tribunalın yaradılması üzərində işləyir. Eyni zamanda, Beynəlxalq Cinayət Məhkəməsi Putinin Ukrayna uşaqlarının deportasiyası ilə bağlı həbs orderi verib.

Makqrat həmçinin Trampın ilkin sülh planlarında nəzərdə tutulan amnistiya ideyasını qətiyyətlə rədd edib: “Amnistiya fəlakət səviyyəsində səhv olar və gələcəkdə Rusiyanın yeni aqressiyasına yol aça bilər”.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button