Rusiya NATO-nu münaqişəyə hazırlaşmaqda ittiham edib
NATO-nun Şərqi Avropa və Qara dənizdəki fəaliyyəti Rusiya ilə potensial münaqişəyə hazırlıqla bağlıdır.
Polise.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Rumıniya hava bazasının genişləndirilməsi Şimali Atlantika blokunun Şərqi Avropa və Qara dəniz regionunun hərbiləşdirilməsini davam etdirməsinin bir daha sübutudur”, – məlumatda qeyd edilib.
Bildirilib ki, Polşa və Baltikyanı ölkələrdə də koalisiya potensialı gücləndirilir: “Alyansın addımları Rusiya sərhədlərinin perimetri boyunca hərbi gərginliyi artırır”.
Polise.az