Rusiya ordusu doqquzuncu dəfə çayı keçə bilmədi: 73 texnikası məhv oldu
Rusiya ordusunun Ukraynadakı Severski Donets çayını keçmək üçün doqquzuncu cəhdi də uğursuzluğa düçar olub.
Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin 80-ci desant-hücum briqadası məlumat yayıb.
Məlumata görə, ukraynalı hərbçilər çayı keçmək üçün hazırlanmış üzən körpüləri dağıdaraq 70-dən çox Rusiya texnikasını, o cümlədən T-72 tanklarını və piyada döyüş maşınlarını məhv ediblər.
İtkilərə baxmayaraq, Rusiya qoşunlarının bir hissəsi qarşı tərəfə keçə bilib. Lakin 80-ci briqadanın hücum bölmələri onların öz mövqelərində möhkəmlənməsinə mane olub.
Məlumata görə, hazırda Rusiya motoatıcı briqadasından yalnız suda batmış texnika və hərbçilərin səpələnmiş cəsədləri qalıb.