Rusiya ordusuna “suriyalı”nın təyinatı: Britaniya kəşfiyyatı səbəbi açıqladı
Rusiya tərəfindən ordu generalı Aleksandr Dvornikovun Ukraynadakı müharibəyə komandan təyin edilməsi komandanlığı və nəzarəti mərkəzləşdirmək cəhdidir.
Bu barədə Britaniya kəşfiyyatı “Twitter”də məlumat yayıb.
Bir çox yüksək rütbəli rusiyalı generallar kimi, Dvornikov da Suriyada komandanlıq təcrübəsinə malikdir. Bundan əlavə, o, 2016-cı ildən Donbasla həmsərhəd olan Rusiyanın Cənub Hərbi Dairəsinə rəhbərlik edib.
Məlumatda vurğulanır ki, Dvornikovun seçilməsi Ukraynanın öz qətiyyətli müqaviməti ilə Rusiyanın hərbi əməliyyatlarını yenidən qiymətləndirməyə necə məcbur etdiyini daha da nümayiş etdirir.
Xatırladaq ki, Kreml Ukraynadakı qoşunlarının komandanlığını dəyişərək orduya Rusiyanın Suriyadakı əməliyyatlarında böyük təcrübəyə malik olan və “suriyalı” ləqəbi ilə tanınan general Aleksandr Dvornikovu gətirib.



