Rusiya qonşularına yaşamağa imkan vermir – Nazir
Avropa qitəsinin sabitliyi Rusiyaya görə real təhlükədədir.
Bunu Estoniyanın müdafiə naziri Kalle Laanet deyib.
“Avropa Birliyinin şərq qonşusu başqalarının sülh və demokratiya şəraitində yaşamasına imkan vermir. Onun üçün başqa ölkələr sadəcə işğal üçün dəyərli ərazilərdir”, – deyə o, bildirib.