Rusiya qoşunları Enerqodarı tərk edib
Rusiya qoşuunları Enerqodardan çıxıb, şəhərdə bütün hakimiyyət orqanlarının nəzarəti bərpa olunub, yerli hakimiyyətin rəhbəri ərazidədir.
Bu barədə Zaporojye vilayəti üzrə hərbi administrasiya rəhbəri Aleksandr Starux məlumat verib.
“Bu gün Melitopolda böyük mitinq gördük. İnsanlar özlərinin dövlətyönlü mövqeyini göstərirlər. Enerqodarda da hər şey normaldır. Orklar şəhərdən çıxıblar”, – deyə o bildirib.
A.Staruxun sözlərinə görə, ötən gecə Enerqodarda Rusiya qoşunları tərəfindən soyğunçuluq halları qeydə alınıb.