Rusiya səfiri çəkdirdiyi fotoya görə İran XİN-ə çağırıldı
Rusiyanın İrandakı səfiri Levan Caqaryan Böyük Britaniyanın bu ölkədəki səfiri Saymon Şerklifflə Tehran konfransının keçirildiyi pilləkəndə şəkil çəkdirməsindən sonra İranın Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə məlumat Rusiyanın İrandakı diplomatik korpusu tərəfindən dərc edilib.
“Səmimi mühitdə keçən söhbət əsnasında, İran tərəfinə bütün lazımi izahatlar verilib. Səfir anlaşılmazlığa görə təəssüfləndiyini bildirib”, – deyə Rusiyanın İranda yerləşən diplomatik nümayəndəliyinin yaydığı açıqlamada qeyd olunub.
Xatırladaq ki, 1943-cü ilə İkinci dünya müharibəsinin gedişatını müzakirə etmək üçün SSRİ, ABŞ və Böyük Britaniya rəhbərlərinin görüşdüyü Tehran konfransı İran cəmiyyətində birmənalı qarşılanmır.
Bu görüş İranın suverenliyinə qarşı bir təcavüz kimi xatırlanır.