Rusiya təyyarələri Ukrayna ilə sərhəddə yerləşən Belarus yaşayış məntəqəsini atəşə tutub
Rusiya təyyarələri Belarus Respublikası Silahlı Qüvvələrini müharibəyə cəlb etmək üçün Ukrayna ilə sərhəddə yerləşən Belarus yaşayış məntəqəsini atəşə tutub. Onlar Kopani qəsəbəsinə hava zərbəsi endiriblər.
Bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.
“Bu, təxribatdır. Məqsəd Belarus Respublikasının Silahlı Qüvvələrini Ukrayna ilə müharibəyə cəlb etməkdir”, – deyə Ukrayna tərəfəindən bildirilib.