Rusiya -Türkiyə münasibətləri, erməni manevrlərinin zəifləməsi…

Son günlərdə üç ciddi prosesin şahidi olmaqdayıq: birincisi Rusiya sülhməramlı qüvvələrinin daha  çox ermənipərəst mövqe sərgiləmısi və bunun da haqlı olaraq  Azərbaycan tərəfini narahat etməsi; ikincisi,Türkiyə – Rusiya münasibətlərinin intensivləşməsi,yəni hər iki dövlətin xarici işlər nazirlərinin Soçi görüşü, Rusiya prezidenti V.Putinin yaxın günlərdə Türkiyəyə səfərinin nəzərdə tutulması;üçüncüsü,Ermənistan cəmiyyətində baş verən proseslər. Yəni ermənilərin “gələcək Ermənistan”la bağlı narahatlıqları.      İlk öncə sonuncudan başlamaq istərdim. 44 günlük savaş və Azərbaycan ordusunun qazandığı uğurlar ermənilərə  bir həqiqəti sübut etdi ki, “ənənəvi” Ermənistan siyasəti məhvə məhkumdur və perspektiv də gözlənilmir.Yəni “ənənəvi” dedikdə qonşu dövlətlərə ərazi iddiaları, torpaqları işğal etmək, qətliamlar, soyqırımlar, başqa dindən və millətdən olanlara nifrət vəs. Bu yanaşmalar iki yüz ilə yaxındır ki, erməni siyasətinin əsasınl təşkil edir.Bu gün Ermənistan dilemma qarşısındadır- ya “ənənəvi” Ermənistan, ya da yeniləşməyə məhkum Ermənistan. Əgər Ermənistanın ciddi himayədarı olan Rusiya dövləti də öz “ənənəvi” yaşamaq qaydalarından imtina etməyə cəhd göstərirsə  onda ermənilər bu haqda düşünməlidirlər.Bir məqam da ondan ibarətdir ki, ermənilər Rusiya  “köləliyindən” xilas ola biləcəkmi və onlara yaxın himayədarlıq etmiş Rusiya buna yaşıl işıq yandıracaqmı? Göründüyü kimi qaranlıq suallar çoxdur.          Rusiya Sülhməramlıları haqqında. Bu bir həqiqətdir ki, Rusiya bu missiyanı hələlik uğurla yerinə yetirə bilmir.Təəssüflər ki, Rusiya hərbiçiləri tərəfkeşlik edir, sanki buraya erməniləri müdafiə etmək üçün gəliblər və şüarları da budur:”hər şey ermənilər üçün”. Bu isə Sülhməramlı qoşunlraın fəaliyyət missiyasına ziddir və haqlı olaraq Azərbaycan xalqını narahat etməkdədir.Ermənistandan avtobuslara erməniləri yığıb  zor-xoş Qarabağa-Xankəndinə  gətirmək elə xoş   məram deyil.Rusiya hərbiçilərinin bu davranışları Rusiya dövlətinin də nüfuzuna zərbə vurur və ona problemlər yaradır.Bir məqamı da unutmamalıyıq ki, Rusiya keçmiş Sovetlər Birliyi məkanında süni yaradılmış və “dondurulmuş” münaqişələrdə məsuliyyət daşıyır.İndi bu münaqişələrdən biri   olan “Qarabağ  məsələsi” həllinə tam yaxındır  və bu uğurlu sonluq Rusiyaanın ədalətli mövqe tutmasından çox asılıdır.    Bu problemin uğurla sona çatmasında əsas ümidverici məqam Türkiyədir və onun Rusiya ilə münasibətləridir.Türkiyənin düşünülmüş siyasi və iqtisadi təklifləri getdikcə Rusiyanı özünə bağlayır.Ciddi sanksiyalarla üzbəüz qalan  və bu istiqamətlərdə gələcəyi qaranlıq görünən Rusiyanın Türkiyədən uzaqlaşması çətin baş tutsun.Odur ki, Türkiyə-Rusiya münasibətlərinin yaxın dövrlərdə daha da intensivləşəcəyi güman edilir.Və təbiidir ki, bu münasibətlər sistemində  Qarabağ məsələsinin tam yekunlaşması da yer almaqdadır.

Nəsiman Yaqublu

Hamısını Göstər

Related Articles

Back to top button