Rusiya üç keçmiş sovet ölkəsini Ukraynaya yardımda ittiham etdi

“Latviya, Litva və Estoniya Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə hava zərbələri üçün hava dəhlizləri təklif ediblər”.

Polise.az Teleqraf-a istinadən  xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Diplomat bildirib ki, Moskvanın Baltikyanı ölkələrin hava məkanından Rusiyanın mülki infrastrukturuna hücum edən Ukrayna dronlarının buraxıldığına dair təsdiqlənmiş məlumatlar var.

Rusiya mediasının iddiasına görə, bundan əvvəl də regionun səmasında dəfələrlə Ukraynaya məxsus dronla müşahidə olunub. Estoniya, Latviya və Litva isə Rusiyaya cavab olaraq, Ukraynaya öz ərazilərindən istifadə üçün rəsmi icazə vermədiklərini bəyan edib.

Polis.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button