Rusiya, Ukrayna və Gürcüstandan qanqsterlər Azərbaycana axışır?

“Vor zakon” statusu daşımağa görə cinayət məsuliyyəti və sanballı cəza nəzərdə tutulan qanunların Rusiya, Ukrayna və Gürcüstanda qəbul edilməsi postsovet məkanının digər ölkələrində cinayətkar aləmin liderləri arasında qarşıdurmanı şiddətləndirə bilər. Virtualaz.org xəbər verir ki, bunu keçmiş rusiyalı kriminal avtoritet və qanqster  Mixail Orskiy (90-cı illərdə Orsk bandasının liderlərindən olub) URA.ru saytına açıqlamasında deyib. Mixail Orskiy “Rus qanqsterinin güzəranı” adlı kitabın müəllifidir və kriminal aləm üzrə ekspert-konfliktoloq kimi fəaliyyət göstərir.

Onun fikrincə, Rusiya, Ukrayna və Gürcüstandan “vor zakon”lar bu statusa görə cinayət məsuliyyətinin nəzərdə tutulmadığı ölkələrə, xüsusən də Ermənistana və Azərbaycana qaçırlar. Amma Mixail Orskiy hesab edir ki, həmin ölkələrdə gizlənən kriminal avtoritetlərin digər problemləri meydana çıxa bilər. “Mən buna şübhə edirəm ki, Azərbaycanda kriminalın liderləri onların ölkəsinə Rusiya, Gürcüstan və ya Ukraynadan yüzlərlə kriminal avtoritet axın etsin. Sıxlıq olacaq. O ana-Rusiya idi ki, hamını qoynuna almışdı”,-Orskiy deyib.

Kriminal dairələrə yaxın mənbə isə deyib ki, kriminal avtoritetlər Azərbaycana və Ermənistana ancaq bir halda axın edə bilər-əgər onlar Avropa ölkələrində özlərinə güzəran qura bilmirlərsə. Belarusda isə ümumiyyətlə gizlənməyə dəyməz. Çünki bu ölkədə “vor zakon”lara qarşı qanun olmasa da kriminal aləmin nümayəndələri Belarusda hüquq-mühafizə orqanlarının hədəfinə olacaqlar. “Onlar sadəcə olaraq yoxa çıxa bilərlər”,-mənbə deyib.

“Vor zakon”lara qarşı qanun Rusiyada prezident Putinin təşəbbüsü ilə 2019-cu ildə qəbul olunub. Gürcüstanda isə belə qanun hələ Mixail Saakaşvilinin hakimiyyətə gəlişindən az sonra qəbul edilmişdi.

Hamısını Göstər

Related Articles

Back to top button