Rusiya Ukraynada “sükut rejimi” elan edib
Martın 8-i Kiyev, Xarkov, Çerniqov, Sumi, Mariupoldan dinc əhalinin çıxması üçün “sükut rejimi” elan edilir.
Bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Müvafiq rejimin Moskva vaxtı ilə saat 10.00-dan (Bakı vaxtiə saat 11.00) etibarən qüvvəyə minəcəyi qeyd edilib.