Rusiya Ukraynada “sükut rejimi” elan etdi

Rusiya qoşunları martın 31-də Mariupoldan təxliyə üçün humanitar dəhlizin açıldığını elan edib.

“Rusiya Silahlı Qüvvələri martın 31-də saat 10:00-dan etibarən “sükut rejimi” elan edir, mülki əhalinin və xarici vətəndaşların Mariupoldan Zaporojyeyə (aralıq məntəqəsi Berdyansk olmaqla) təxliyəsi üçün əlavə humanitar dəhliz açır”, – deyə məlumatda bildirlib.

Məlumatı şərh edən Ukrayna Baş nazirin müavini İrina Vereşçuk Rusiya tərəfinin hər gün belə bəyanatlar verdiyini, lakin sözlərinə əməl etmədiklərini qeyd edib.

Hamısını Göstər

Related Articles

Back to top button