Rusiya və ABŞ atəşkəs üçün Donbasdan çıxmağımızı tələb edirlər-Zelenski

Rusiya və ABŞ münaqişənin həlli üçün Ukraynadan qoşunlarını Donbasdan çıxarmağı tələb edirlər.

Polise.az Teleqraf -a istinadən xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski AFP-yə verdiyi müsahibədə bildirib.

“Amerikalılar və ruslar deyirlər: əgər münaqişənin sabah bitməsini istəyirsinizsə, Donbasdan çıxın”, – deyə o bildirib.

Zelenski daha öncə bildirib ki, Rusiya Donbasdan eyni məsafədə geri çəkilərsə, Kiyev qoşunların çıxarılması məsələsini müzakirə etməyə hazırdır. O qeyd edib ki, Ukrayna xalqı Ukrayna Silahlı Qüvvələrinin Donbasdan birtərəfli şəkildə çıxarılmasını nəzərdə tutan sülh sazişinə qarşı çıxacaq.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button