Rusiya və Ukrayna bu obyektlərə zərbə endirməyəcəklər: Siyahı…

Kreml ABŞ ilə razılaşdırılmış enerji şəbəkəsinə hücumlara müvəqqəti moratoriumun əhatə dairəsinə düşən Rusiya və Ukrayna obyektlərinin siyahısını dərc edib.

Musavat.com xəbər verir ki, bunlara:

neft emalı zavodları;

neft və qaz kəmərləri və anbar qurğuları,

o cümlədən nasos stansiyaları;

elektrik stansiyaları,

yarımstansiyalar, transformatorlar və paylayıcılar daxil olmaqla elektrik enerjisinin istehsalı və ötürülməsi infrastrukturu; atom elektrik stansiyaları; su elektrik stansiyalarının bəndləri.

Müvəqqəti moratorium 2025-ci il martın 18-dən başlayaraq 30 gün müddətində qüvvədədir və qarşılıqlı razılaşma əsasında uzadıla bilər.

Tərəflərdən biri tərəfindən moratoriumun pozulması halında, digər tərəf özünü ona riayət etmək öhdəliyindən azad hesab etmək hüququna malikdir.

Polise.az

 

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button