Rusiya XİN: AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı sığorta ödənişləri həyata keçirilib

Rusiya Xarici İşlər Nazirliyi (XİN) 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış “Azərbaycan Hava Yolları” QSC-nin sərnişin təyyarəsi ilə bağlı açıqlama yayıb.

Polise.az xəbər verir ki, Rusiya XİN-nin yaydığı açıqlamada 2025-ci ilin fevral ayından etibarən Rusiyanın sığorta şirkəti “AlfaStrakhovanie” ASC-nin AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı sığorta ödənişlərini həyata keçirdiyi bildirilir.

Məlumata görə, Azərbaycan aviaşirkətinə təyyarə üçün tam sığorta dəyəri – 1,003 milyard rubl (20 milyon manat) məbləğində sığorta kompensasiyası ödənilib.

“Təyyarənin xəsarət almış sərnişinlərə və ölənlərin yaxınlarına ümumilikdə 358,4 milyon rubl (7,4 milyon AZN) sığorta ödənişi edilib. 15 Rusiya vətəndaşından 7-si, 38 Azərbaycan vətəndaşından 35-i, Qırğızıstan vətəndaşlarından 3-ü, Qazaxıstan vətəndaşlarından 6-nın hər birinə ödənişlər tam ödənilib. Xəsarət alanlar və mərhumun yaxınları ilə kompensasiya məbləğlərinin tam həlli məqsədilə razılaşdırılması istiqamətində işlər davam edir”- deyə XİN-nin məlumatında deyilir.

Qeyd edək ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.

 

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button