Rusiya XİN-dən helikopterin vurulması ilə bağlı AÇIQLAMA

Rusiya Xarici İşlər Nazirliyi Ermənistan ərazisində Rusiyaya məxsus helikopterin vurulmasına münasibət bildirib. 

Bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova açıqlama verib. 

Onun sözlərinə görə, Moskva Bakının helikopterin səhvən vurulmasını etiraf etməsini yüksək qiymətləndirir. 

Bundan başqa, o qeyd edib ki, Azərbaycan Rusiya helikopteri ilə əlaqəli hadisəyə görə günahkarların cəzalandırılacağını bildirib.

Qeyd edək ki, hadisə nəticəsində iki nəfər ölüb, bir nəfər isə yaralanıb.

Hamısını Göstər

Related Articles

Back to top button