Rusiya XİN: Ermənistanın ABŞ-a görə Aİİ-dən imtina etməyəcəyinə ümid edirik
Moskva ümid edir ki, İrəvan yalnız sərmayələr və “parlaq gələcək” vəd edən ABŞ və Avropa İttifaqına (Aİ) görə Avrasiya İqtisadi İttifaqından (Aİİ) imtina etməyəcək.
Polise.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Aqasandyan Rusiya KİV-inə müsahibəsində deyib.
O bildirib ki, Aİİ çərçivəsində Moskva ilə İrəvan arasında münasibətlər qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır: “Aşkar olanı müşahidə etmək üçün iqtisadiyyat və ya siyasət üzrə mütəxəssis olmağa ehtiyac yoxdur. Məhz bunun nəticəsində Ermənistanda iqtisadi artımın tempi ciddi müsbət göstəricilər nümayiş etdirir. Bu, az adamın öyünə biləcəyi dinamikadır”.
Polise.az