Rusiya XİN: Ermənistanın KTMT-dən çıxması məsələsi gündəmdə deyil

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması məsələsi gündəmdə deyil.

Polise.az  xəbər verir ki, bu barədə KİV-ə müsahibəsində Rusiya XİN-in KTMT məsələlərinə dair xüsusi tapşırıqlar üzrə səfiri Viktor Vasilyev bildirib.

Səfir qeyd edib ki, Ermənistan 2023-cü ilin noyabrında keçirilən KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasında iştirak etməsə də, orada qəbul olunan sənədlər hazırda rəsmi İrəvan tərəfindən nəzərdən keçirilir və onların bir neçəsi ilə bağlı razılıq əldə edilib. Vasilyevin fikrincə, bu, Ermənistanın KTMT-dən çıxması məsələsinin gündəmdə olmamasına dəlalət edir. Onun sözlərinə görə, Ermənistanın hərbi-texniki sahədə təhlükəsizliyi də bu təşkilatdan kənarda təmin oluna bilməz.

V.Vasilyev Ermənistanın KTMT tədbirlərində iştirak etməməsini Qərbin bu ölkəyə təzyiqləri ilə əlaqələndirib. O vurğulayıb ki, Qərb Ermənistana təzyiq göstərməklə Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışır.

Səfirin sözlərinə görə, KTMT-nin 2024-cü ildə keçirilməsi nəzərdə tutulan təlimlərində bütün üzv ölkələrin nümayəndələrinin iştirakı gözlənilir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button