Rusiya XİN: Qərb Cənubi Qafqaz sülhün bərqərar olmasından ehtiyatlanır
Rusiya özünü Cənubi Qafqaz üçün effektiv vasitəçi kimi göstərdi.
Polise.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O bildirib ki, bundan sonra Qərb proseslərə mane oldu: “Qərb regionda sülhün bərqərar olmasından ehtiyanlanır. Ona görə də bölgə ölkələrinə qarşı fəaliyyətə başlayıb. Ermənistana gəlincə, deməliyəm ki, hər bir suveren ölkənin öz yanaşması var. Məsələ ondan ibarətdir ki, Qərbin müdaxiləsi regionda əldə olunmuş harmoniyanı pozur”.
Polise.az