Rusiya yenə Sumıda yaşayış məntəqələrinə aviazərbələr endirdi

Rusiya aviasiyası bu gecə Ukraynanın Sumı vilayətinin Axtırka şəhərində yaşayış məntəqələrinə ağır zərbələr endirib.

Bu barədə Sumı Regional Dövlət Administrasiyasının sədri – Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Dmitri Jivitski “Telegram” kanalında yazıb.

“Axtırka. Hər dəfə bu barədə danışmaq ürək yandırır. Rusiya aviasiyası martın 10-da gecə yarısı yaşayış məntəqələrini yenidən bombalayıb”, – o deyib.

Jivitskinin sözlərinə görə, atılan mərmilərin qaz kəmərlərinə düşməsi barədə məlumat var.

Daha əvvəl Rusiya qoşunlarının Axtırkada istilik elektrik stansiyasını dağıdıb, nəticədə 5 işçi həlak olub.

Hamısını Göstər

Related Articles

Back to top button