Rusiya Zəngəzur dəhlizinə niyə maraq göstərir: Kreml “dilənən erməni” problemini aşmağa çalışır

Zəngəzur dəhlizi Rusiya üçün də geoiqtisadi və geostrateji əhəmiyyətə malikdir; Bu dəhliz Rusiyaya Fars körfəzindəki limanlara birbaşa çıxış imkanları aça və Hind Okeanı hövzəsinə ticarət bağlantısını asanlaşdıra bilər…

Paşinyan hakimiyyətinin hərbi-siyasi avantüraları Azərbaycan və Rusiyanı bir-birinə daha da yaxınlaşdırır. Çünki rəsmi Bakı ilə Kremlin regionda bəzi maraqları böyük ölçüdə uzlaşır. Və bu, həmin maraqların təmin edilməsi məqsədilə ortaq fəaliyyətə ehtiyac yaradır.

Məsələ ondadır ki, Ermənistanın son dövrlərdəki aqressiv davranışları Azərbaycan və Rusiyaya müəyyən problemlər vəd edir. Paşinyan hakimiyyəti hərbi təxribatlar törətməklə, Cənubi Qafqazın inkişaf perspektivlərini ciddi təhlükə altına salmaqdadır. Rəsmi İrəvan öz hərbi-siyasi avantüraları ilə hətta Rusiyanı şantaj etməyə belə, cəhd göstərir.

Paşinyan hakimiyyəti hazırda Rusiyanı Azərbaycanla hərbi-siyasi qarşıdurmaya bulaşdırmağa can atır. Eyni zamanda, Kremli şantaj edərək, Azərbaycan-Ermənistan sərhədlərində Rusiya sərhədçilərinin yerləşdirilməsinə çalışır. Rəsmi İrəvan bununla sərhədlərin delimitasiya və demarkasiya prosesini əngəlləyə biləcəyinə ümid bəsləyir.

1621951530_17b77d3a0b65.jpg (75 KB)

Ancaq Kremldə Paşinyan hakimiyyətinin bu niyyətlərini anlamamış deyillər. Ona görə də, Rusiya Azərbaycan-Ermənistan sərhədlərində hərbi kontingent yerləşdirməkdə qətiyyən həvəsli deyil. Rusiya Xarisi İşlər Nazirliyindən verilən son açıqlamada da bu məsələyə üstüörtülü eyhamlar vurulmuşdu. Belə ki, Kreml Rusiya sərhədçilərinin bölgədə yerləşdirilməsi üçün qarşılıqlı etimadın və Azərbaycanın razılığının olmasının vacibliyini vurğulamışdı.

Bununla da diplomatik şəkildə rəsmi İrəvana anlatmağa çalışırlar ki, iki ölkə arasında sərhədlər dəqiqləşdirilməyib. Əgər, Rusiya sərhədçiləri bölgəyə gətirilərsə, onların yerləşəcəyi ərazi Azərbaycana da aid ola bilər. Rəsmi Bakı isə öz ərazisində kənar ölkələrin sərhədçilərini istəmir. Ermənistandan fərqli olaraq, Azərbaycanın güclü sərhəd qoşunları mövcuddur.

Bununla belə, Rusiya sərhəd bölgəsinə öz sərhədçilərini yerləşdirməkdən də imtina etmir. Ancaq bunun üçün rəsmi İrəvana əvvəlcə Ermənistanın dövlət sərhədlərinin hüquqi cəhətdən dəqiqləşdirilməsini məsləhət görür. Yəni, Kreml bölgədə Azərbaycanı narazı sala biləcək hər hansı addımın atılmasında o qədər də maraqlı deyil.

Ola bilsin ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında baş tutan son telefon danışığında da məhz bu kimi məsələlər müzakirə edilib. Hər halda, rəsmi açıqlamada Azərbaycan və Rusiyanın üçtərəfli anlaşmaların icrasıyla bağlı ortaq mövqeyi nəzərə çarpır.

qazax-xerite1.jpg (108 KB)

Bu isə o deməkdir ki, həm rəsmi Bakı, həm də Kreml üçtərəfli anlaşmaların icrasında israrlı mövqe tuturlar. Çünki yalnız üçtərəfli anlaşmalar icra olunacağı təqdirdə, regionda bütün nəqliyyat-kommunikasiya xətləri açıla bilər. Və bu, siyasi-ideoloji revanşizmin girovuna çevrilmiş Ermənistan istisna olmaqla, bütün dövlətlərə sərfəlidir.

Böyük ehtimalla Azərbaycan və Rusiya xarici işlər nazirləri məhz regionun inkişaf perspektivlərini və onlara əngəl törədən məsələləri müzakirə etmiş ola bilərlər. Son günlər Ermənistan ərazisində yeni rus hərbi kontingentinin yerləşdirilıməsi barədə də müxtəlif məlumatlar var. Bəzi məlumatlarda rus hərbi kontingentinin Azərbaycanın Qazax rayonuna yaxın bölgədə yerləşdirildiyi bildirilir. Əgər, bu, doğrudursa, deməli, Qazaxın işğal altında olan 7 kəndinin yaxın vaxtlarda Azərbaycana geri qaytarıla biləcəyi qətiyyən istisna deyil. Hətta bu barədə Ermənistan mətbuatı da müxtəlif ehtimallar irəli sürməyə başlayıb.

Rusiya hərbi kontingentinin həmin bölgədə yerləşdirilməsi isə bu prosesə ilkin hazırlıq xarakteri də daşıya bilər. Çünki həmin 7 kənd anklav ərazidir. Azərbaycan qoşunları həmin 7 kəndə girdikdən sonra rus hərbi kontingenti məsələn, atəşkəs rejiminə riayət olunmasına nəzarət missiyasını öz üzərinə götürə bilər.

Yəqin ki, Rusiya xarici işlər naziri telefon danışığında bu məsələ ilə bağlı da Azərbaycanlı həmkarı ilə müəyyən müzakirələr aparmış ola bilər. Eyni zamanda, Azərbaycan və Rusiyanın ortaq maraqlarının təmin edilməsi istiqamətində də fikir mübadiləsinin aparılmış ola biləcəyi istisna deyil. Hər halda, rəsmi Bakı və Kremlin üçtərəfli anlaşmaların icrasında israr etdikləri, regional nəqliyyat-kommunikasiya xətlərinin açılmasında daha sürətli davranılmasına üstünlük verdikləri qətiyyən diqqətdən yayınmır.

photo_468350.jpg (79 KB)

Onu da qeyd etmək lazımdır ki, xarici işlər nazirlərinin ikitərəfli əməkdaşlığın gündəliyinə daxil olan məsələləri ön planda tutmaları yaxın gələcəkdə rəsmi Bakı ilə Kremlin regionda ortaq geoiqtisadi layihələrə başlaya biləcəklərinin əlaməti də sayıla bilər. Belə layihələrin sırasında üçtərəfli anlaşmaların tələblərinə uyğun olaraq, Zəngəzur dəhlizinin açılması xüsusi önəm daşıyır. Çünki bir çoxlarının təsəvvürlərindən fəqrli olaraq, Zəngəzur dəhlizinin Rusiya üçün də geoiqtisdadi və geostrateji əhəmiyyətinin mövcudluğu artıq qətiyyən şübhə doğurmur.

Məsələ ondadır ki, Rusiya siyasi dairələrində Zəngəzur dəhlizi layihəsinə artıq xarici ticarət sahəsində yeni perspektivlərin açılma şansı kimi yanaşmağa başlayıblar. Hazırda Rusiya Fars körfəzindəki limanlara birbaşa çıxış imkanları yoxdur. Zəngəzur dəhlizinin açılması isə Rusiyanın Hind Okeanı hövzəsinə ticarət bağlantısını asanlaşdıra bilər.

Rusiyanın xarici ticarət maraqları həmin bölgəyə daha asan və qısa marşrutla mal dövriyyəsinin təmin olunmasını tələb edir. Məhz Zəngəzur dəhlizi rəqabətə davamlı alternativ dəniz daşımalarına geniş imkanlar aça biləcək yeni və güclü liman terminalları ilə bağlı layihələri aktuallaşdıracaq. Və bu, hazırda Rusiyanın can atdığı yeni regional maliyyə-iqtisadi perspektivlərin sırasında önəmli yer tutur.

Ancaq Rusiyanın ümid bəslədiyi bu cəlbedici maliyyə-iqtisadi perspektivlərin qarşısında ciddi problemlər də var. Həmin problemlərin bir çoxu isə məhz Paşinyan hakimiyyətinin hərbi-siyasi avantüralarından, regional nəqliyyat-kommunikasiya xətlərinin açılmasını da nəzərdə tutan üçtərəfli anlaşmaların icrasından yayınmaq cəhdlərindən qaynaqlanır. Və Kreml öz hədəfinə çatmaq üçün ilk növbədə Ermənistan problemini həll etmək məcburiyyətindədir.

pasha-sah-mat.jpg (28 KB)

Belə anlaşılır ki, Rusiya Ermənistan problemini yoluna qoymaq üçün yaxın vaxtlarda qəti addımlar atmalı da ola bilər. Çünki rəsmi İrəvan üçtərəfli anlaşmaları icra etmək, qonşu ölkələrlə – Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaq niyyətindən hələlik çox uzaqdır. Halbuki belə niyyəti olsaydı, Ermənistan bütün normal ölkələr kimi, qlobal iqtisadiyyatdan gəlir əldə etmək imkanı qazanardı. İndiki haldasa, əsassız və mənasız “hərbi revanş ehtirası”nın girovu olan rəsmi İrəvan öz aqressiv davaranışları ilə həm Ermənistanın, həm də digər ölkələrin maliyyə-iqtisadi maraqlarını bloklayır.

Belə anlaşılır ki, uydurma “tarixi nəhənglik” barədə “nağıllar” danışmaq, davamlı olaraq, Rusiyadan para dilənmək rəsmi İrəvan üçün daha asan və sərfəlidir. Ermənistan öz qonşularına qarşı əsassız ərazi iddialarına, heç bir iş görmədən başqalarından alınmış borc və maliyyə dəstəyi ilə mövcud olmaq vərdişlərinə sadiq qalmağa üstünlük verir. Halbuki, rəsmi İrəvandan fəqrli olaraq, yaxın vaxtlarda Rusiya Ermənistana borc vermək vərdişlərinə sadiq qalmaqdan imtina da edə bilər. Və bu halda, rəsmi İrəvanın düşəcəyi maliyyə-iqtisadi durumu təsəvvür etmək o qədər də çətin deyil.

Məsələ ondadır ki, Kreml Zəngəzur dəhlizinin açılması ilə barışmaq əvəzinə Rusiyadan para dilənən Ermənistanı zərərli yük kimi öz çiynindən ata bilər. Hər halda, hazırda Rusiya siyasi dairələrini Ermənistanın “əbədi kaprizləri” daha az maraqlandırır. Çünki gündəmdə Azərbaycan, Türkiyə və Rusiyanın otraq maliyyə-iqtisadi maraqlarını ifadə edən regional layihələr mövcuddur. Və Kreml Ermənistan ucbatından onmilyardlarla dollar gəlir vəd edən həmin geoiqtisadi layihələrdən kənarda qalmaq niyyətində olmadığını qətiyyən gizlətmir.

Hamısını Göstər

Related Articles

Back to top button