Rusiya Zaporojyedə doğum evini vurdu

Rusiya ordusu Ukraynanın Zaporojye şəhərində yerləşən doğum evinə zərbə endirib.

Polise.az Teleqraf -a istinadən xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov “Telegram” kanalında məlumat yayıb.

Məlumata görə, tibb müəssisəsinə hücum zamanı xəsarət alanların sayı 6 nəfərə çatıb. Yaralılar arasında həkim müayinəsində olan iki qadın da var. Bütün zərərçəkənlərə lazımi tibbi yardım göstərilir.

İ.Fyodorov tibb müəssisəsinin konkret hansı silahla vurulduğunu açıqlamasa da, hücumdan az əvvəl şəhərin “Şahed” tipli pilotsuz uçuş aparatları (PUA) ilə hədəf alındığı bildirilmişdi.

Dəqiqləşdirilmiş məlumata görə, sonuncu hücumda xəsarət alanlar 4 yaşlı uşaq və iki qadındır.

Hazırda şəhərdə hava həyəcanı siqnalı davam edir, sakinlərə sığınacaqlarda qalmaları tövsiyə olunur.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button