Rusiyada azərbaycanlının qətlinə görə məhkum edilən Arman Arakelyan Ermənistana təhvil verildi
Rusiyada azərbaycanlını öldürərək 18 il azadlıqdan məhrumetmə cəzası alan Arman Arakelyan dünən Ermənistana təhvil verilib.
Bu barədə Ermənistan KİV məlumat yayıb.
Qatil artıq həbs müddətinin 6 ilini Rusiyanın Murmansk həbsxanasında keçirib.
Qeyd edək ki, 2015-ci ilin sentyabrın 15-də mərhum azərbaycanlının həyat yoldaşı onun itkin düşməsilə bağlı polisə müraciət edib.
İlkin məlumatlara əsasən, hələ sentyabrın 14-də zərərçəkənlə iki erməni – Arman Arakelyan və Hayk Tadevosyan arasında münaqişə yaşanıb.
Ermənilər həmyerlimizi avtomobilin yük hissəsinə qoyaraq, boş sahəyə aparıblar. Məhz həmin sahədə onun sinə və qarın nahiyəsinə bıçaq zərbələri endirilib.
Sonra isə cəsəd basdırılaraq, avtomobil yandırılıb.