Rusiyada daha iki Səfərov qardaşları öldürüldü – qətlə yetirilən azərbaycanlıların sayı 5-ə çatdı – FOTO

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlıların evlərinə basqın nəticəsində xəsarət almış iki nəfərin də öldüyü məlum olub.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, Səfərov Ayaz Möhbalı oğlu və onun qardaşı Səfərov Məzahir Möhbalı oğlu xəstəxanada ölüb.
Fotodakı Məzahir Səfərovdur
***
11:02
Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlıların evlərinə basqın zamanı daha bir azərbaycanlı öldürülüb.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, qətlə yetirilən Səfərov Kamal Qədiməli oğludur.
Kamal Səfərov basqın zamanı öldürülən Ziyəddin və Hüseyn Səfərov qardaşlarının əmisi oğludur.
Kamal Səfərov dünən Federal Təhlükəsizlik Xidməti tərəfindən tutulub aparılıb. O, həbsxanada işgəncə ilə qətlə yetirilib.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti azərbaycanlıların evinə basqın edib, Ziyəddin və Hüseyn Səfərov qardaşlarını döyərək öldürüb.
Onlar tanınmış jurnalist və ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşlarıdır.
Basqın zamanı bəzi soydaşlarımız ağır bədən xəsarətləri alıb, habelə 9 nəfər saxlanılıb.
Polise.az