Rusiyada “Facebook” və “Instagram” qadağan olundu

Moskvanın Tver Məhkəməsi Rusiyada “Facebook” və “Instagram” sosial şəbəkələrinin fəaliyyətini ekstremizmlə bağlı olaraq qadağan edib.

Qərarın dərhal icra edilməli olduğu vurğulanıb.

Şəbəkələrin sahibi “Meta” şirkətinin ekstremist kimi tanınması ilə bağlı iddia Baş Prokurorluq tərəfindən qaldırılıb. Nəzarət orqanı izah edib ki, onlar Rusiya vətəndaşlarını hüquqlarının pozulmasından qorumaq niyyətindədirlər.

İddiaya görə, “Instagram” Rusiya qoşunlarının Ukraynadakı müharibəylə bağlı məlumatların silinməsi ilə əlaqədar 4,5 mindən çox müraciətə, həmçinin icazəsiz mitinq çağırışlarına məhəl qoymayıb.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button