Rusiyada Lənkəranskinin və “Lotu Quli”nin tərəfdarları arasında atışma

Rusiyanın Tümen şəhərində silahlı insident yaşanıb.

Bu barədə Rusiyanın “TumenPro” informasiya agentliyi məlumat yayıb.

Agentlik hüquq-mühafizə orqanlarına yaxın mənbələrə istinadən qeyd edir ki, mayın 13-ü gecə saatlarında şəhərin Klara Setkin küçəsində yaşanan atışma öldürülən azərbaycanlı “qanuni oğru”ların – “Lotu Quli” ləqəbli Nadir Səlifovun və Rövşən Canıyevin (Lənkəranski) tərəfdarları arasında baş verib.

Onlar arasında mübahisə Tümen bazarlarına nəzarət üstündə yaranıb.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button