Rusiyada matəm elan edildi

Rusiyanın Amur vilayətində helikopterin qəzaya uğraması nəticəsində üç nəfərin həlak olması ilə əlaqədar üç günlük matəm elan edilib.
Axar.az xəbər verir ki, bu barədə “İnterfaks” dairə administrasiyasına istinadən məlumat yayıb.
Xatırladaq ki, fevralın 20-də Amur vilayətində Amaranka kəndindən 130 km məsafədə yerləşən Romnı kəndinə uçan şəxsi “Robinson R44” helikopteri radarlardan itib. Helikopterin düşdüyü yer aşkar edilib. Qəza yerində üç meyit tapılıb.
Cinayət işi açılıb. İstintaq iki əsas versiyanı nəzərdən keçirir: texniki nasazlıq və helikopterin idarəedilməsi qaydalarının pozulması.
Polise.az



