Rusiyada meşə yanğınlarında qurbanların sayı artdı

Rusiyanın Krasnoyarsk diyarının min hektar ərazisində 19 meşə yanğını qeydə alınıb.

Bu barədə regional meşə yanğınları mərkəzinin saytında məlumat verilib.

Bildirilir ki, ölənlərin sayı 7 nəfərə çatıb. Bundan əvvəl ikisi uşaq olmaqla beş nəfərin həlak olduğu deyilmişdi.

Bundan başqa, 19 nəfər xəsarət alıb. Ümumilikdə 1200-dən artıq insanın zərər çəkdiyi vurğulanır.

Həmçinin 518 yaşayış binası və 309 qeyri-yaşayış binası məhv olub.

Bölgədə fövqəladə vəziyyət elan edilib.

Hamısını Göstər

Related Articles

Back to top button