Rusiyadakı zəlzələ dünya xəritəsini dəyişdirib – Maraqlı detal açıqlandı

Rusiyada baş verən 8,8 bal gücündə zəlzələdən sonra Kamçatka yarımadasının materikdən 2 metr uzaqlaşdığı müəyyən edilib.
“Geodinamik müşahidələr nəticəsində ilkin hesablamalar apardıq. Görünür ki, hamımız kifayət qədər aşkar şəkildə cənub-şərqə doğru sürüşmüşük. 30 iyul tarixli zəlzələdən sonra müşahidə edilən ən böyük yer dəyişmələri yarımadanın cənub hissəsində baş verib”, -deyə məlumatda qeyd olunub.
Alimlər bu prosesi “elastik geri atılma” adlandırıb. Bu, güclü seysmik fəallıq dövrlərində torpaq sahələrinin niyə qəfil bir neçə metr yer dəyişdirməsinin izahıdır.
Polise.az



