Rusiyadan Ermənistana “qardaş” xəbərdarlığı: Ümid edirik ki, Kiyev rejiminin yolunu təkrarlamayacaq

Rusiya Ermənistanı qardaş ölkə hesab edir və ümid edir ki, İrəvan vaxtilə Kiyev rejiminin seçdiyi yolu təkrar etməyəcək.

Musavat.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, “Moskovski Komsomolets”ə deyib.

Kremlin mətbuat katibinin sözlərinə görə, “Ermənistan suveren ölkədir və qarşılıqlı fəaliyyətin prioritet istiqamətlərini özü seçir”: “Eyni zamanda Rusiya üçün Ermənistan bizim müttəfiqimiz, qardaş ölkə olaraq qalır. Biz bu cür axtarışlara hörmətlə yanaşırıq, lakin bu axtarışların bir vaxtlar Kiyev rejiminin seçdiyi rejimdə aparılmasını istəməzdik”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button