Rusiyadan təhdid: Almaniya ilə qarşıdurmaya hazırıq

Rusiya Dövlət Dumasının deputatı Leonid Slutski Almaniya Kansleri Fridrix Mertsi Ukraynanı dəstəklədiyinə görə tənqid edib.
Polise.az xəbər verir ki, o, bu barədə özünün Teleqram kanalında yazıb.
Slutski bildirib ki, Merts Ukraynada “nasizmin dirçəlməsinə” kor-koranə dəstək verdiyi üçün Almaniyanı Rusiya ilə qarşıdurmaya göndərməyə hazırdır.
Siyasətçi iddia edib ki, almanlar da ruslar kimi bunu istəmir, Moskva hadisələrin istənilən inkişafına hazırdır.
Polise.az