Rusiyalı sülhməramlılar Dağlıq Qarabağın minalardan təmizlənməsində iştirak edəcək

Rusiya məxsus “İl-76” təyyarələri Ulyanovsk-Vostoçnı aerodromundan Dağlıq Qarabağa xüsusi texnika və sülhməramlı briqadanın mühəndis-istehkamçı bölmələrini göndərir.

“RİA Novosti” agentliyi bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, istehkamçılar Dağlıq Qarabağ münaqişəsi zonasında ərazilərin, yolların və obyektlərin minalardan təmizlənməsi tapşırıqlarını yerinə yetirəcəklər.

Partlayıcı maddələrin aşkarlanması və axtarışı prosesində xidməti itlərin istifadəsi də nəzərdə tutulub.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button