Rusiyanın Baş Qərargah rəisi Ukraynada yaralandı

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Ukrayna ərazisində, Xarkov vilayətinin İzyum şəhəri yaxınlığında yaralanıb.

Bunu hərbi jurnalist və bloqer Aleksandr Şulman yazıb.

66 yaşlı Gerasimov sağ ayağının yuxarı hissəsində sümük sınığı olmayan qəlpə yarası alıb.

Məlumata görə, qəlpə çıxarılıb. Gerasimovun həyati təhlükəsinin olmadığı bildirilib.

Qeyd edək ki, Ordu generalı Gerasimov və digər zabitlər Ukrayna Silahlı Qüvvələrinin dəqiq zərbə endirdiyi komanda məntəqəsində olub. İlkin məlumata görə, 20 zabit həlak olub.

Hazırda Rusiya ordusunun böyük itkilər verdiyi İzyumu tərk etməyə çalışdığı və onların təchizatının dayandırıldığı deyilir.

Hamısını Göstər

Related Articles

Back to top button