Rusiyanın həbs qoyulan 415 milyardlıq rezervləri Kiyevə verilə bilər

Rusiya Federasiyasının həbs qoyulan 415 milyard dollarlıq rezervləri Ukraynaya dəymiş ziyanı ödənilməsinə sərf olunacaq.

Nazirlər kabineti digər ölkələrin hökumətləri ilə Rusiya Mərkəzi Bankının həbs qoyulmuş qızıl-valyuta rezervlərinin Ukraynaya köçürülməsi üçün mexanizm axtarır.

Bu barədə Ukraynanın iqtisadiyyat nazirinin birinci müavini Denis Kudin danışıb.

Onun sözlərinə görə, Rusiyanın vurduğu zərərin ödənilməsi üçün 415 milyard dollar məbləğində həbs qoyulan rezervin Ukraynaya göndərilməsi planlaşdırılır.

“Bu məbləğ birbaşa birdəfəlik itkiləri ödəməyə kifayət edir. Kapitulyasiyadan sonra Rusiya hələ Ukraynaya reparasiya ödəməlidir. Bu da iki: pul və təbii resurslar şəklində”, – deyə o bildirib.

Hamısını Göstər

Related Articles

Back to top button