Rusiyanın Kalininqraddakı qoşunu “əriyir” – Kurska göndərilirlər

Litva Silahlı Qüvvələrinin komandanı Raymundas Vaiksnoras bəyan edib ki, hazırda Rusiya Federasiyasının Kalininqrad vilayətindəki quru qoşunlarında nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunur.

“AzPolitika” xəbər verir ki, xarici KİV-ə açıqlama verən Litva ordusunun komandanı bunu Ukraynanın Kursk vilayətindəki uğurlu hücumu ilə əlaqələndirib.

Bununla belə, onun sözlərinə görə, Kreml Baltik dənizi regionuna nəzarətini saxlamağa çalışır: “Ukraynada müharibə başlayan kimi biz artıq müşahidə etdik ki, Kalininqraddan çoxlu texnika və şəxsi heyətin bir hissəsi köçürülüb…

Lakin şəxsi heyət rotasiyadan sonra geri qayıtmışdı. İndi isə buradakı Quru Qoşunlarının əhəmiyyətli dərəcədə azalması müşahidə olunur”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button