Rusiyanın müdafiə xətti YARILDI – Bu ərazilər ƏLƏ KEÇİRİLDİ/FOTO

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində müdafiə xəttini yararaq Rusiyanın ərazisinə 5 km irəliləyib.

Musavat.сom UNİAN-a istinadən xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri bildirib.

Məlumatda qeyd olunub ki, Ukrayna ordusu bir sıra mexanikləşdirilmiş hücumlar həyata keçirərək Rusiya müdafiəsini yarıb və Sudjanın cənub-şərqinə doğru irəliləyib.

“6 fevralda yayımlanan geolokasiya görüntüləri təsdiqləyir ki, Ukrayna qüvvələri Maxnovkanın cənub-qərbində, eləcə də Çerkasskaya Konopelkanın (Sudja-Oboyan) şimalında və şərqində mövqelər tutub, Kolmakov və Fanaseyevka kəndlərini nəzarətə götürüb”, – ISW hesabatında deyilir.

Ukrayna Silahlı Qüvvələrinin hücum əməliyyatları davam edir ki, bu da Ukrayna ilə sərhəddə yerləşən Rusiya bölmələrinə əlavə təzyiq yaradır.

Polise.az

 

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button