“Rusiyanın və Azərbaycanın Ukrayna ilə bağlı mövqeləri fərqlənir” – Peskov

Ukrayna münaqişəsi ilə bağlı fikir ayrılıqları Rusiya və Azərbaycanın qarşılıqlı faydalı münasibətlərini pozmamalıdır.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Azərbaycan rəhbərliyinin Ukrayna ilə bağlı mövqeyi bizə məlumdur. Burada fikir ayrılığımız var. Əvvəldən Prezident (Azərbaycan Prezidenti İlham Əliyev) belə bir mövqe tutub. Əvvəldən onunla razılaşmadıq”, – Kreml rəsmisi qeyd edib.

Peskov ümid edir ki, Ukrayna ilə bağlı fikir ayrılıqları Moskva ilə Bakı arasındakı münasibətlərə mane olmayacaq.

Polise.az

 

 

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button