Rusiyaya sarsıdıcı zərbə: “Artıq o gücü qalmayıb”

Rusiya artıq müttəfiqlərinin daxili işlərinə effektiv müdaxilə etməyə qadir deyil. Bu, Moskvanın “avtoritar rejimlərin müdafiəçisi” kimi imicinə zərbə oldu.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Nəşr yazır ki, Suriyadakı hadisələr, o cümlədən keçmiş prezident Bəşər Əsədin Moskvaya qaçması, Rusiyanın beynəlxalq arenada mövqeyinin zəifləməsinin açıq təsdiqi oldu:

“Ukraynadakı müharibə və İsrailin səyləri ilə Kremlin Yaxın Şərqdəki təsir dairəsi dağıldı. Bu, Rusiyanın resurslarının məhdud və geosiyasi ambisiyalarını qorumaq üçün yetərsiz olduğunu göstərdi.

ABŞ Prezidenti Co Baydenin sözlərinə görə, Suriyada Əsədin devrilməsi, Ukrayna və İsrailin Rusiyaya vurduğu zərbələrin birbaşa nəticəsidir”.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button