“Ruslar bu görüşün baş tutmaması üçün hər şey edir” – Lavrov bir şey, Zelenski başqa bir şey deyir
“Görüş planlaşdırılmır, amma sammitin gündəliyi hazırlanarsa, Putin Zelenski ilə görüşməyə hazırdır. Hazırda bu gündəm hazır deyil”. Bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov NBC News telekanalına müsahibəsində deyib.
O qeyd edib ki, Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş hələ təyin olunmayıb.
Lavrovun iddia etdiyinə görə, Moskva Alyaska sammitindən sonra ABŞ lideri Donald Trampın təklif etdiyi bir sıra məqamlarda çeviklik nümayiş etdirməyə razılaşıb: “Prezident Tramp bizim paylaşdığımız bir neçə məqamı təklif etdi və onların bəziləri üzrə bir qədər çeviklik göstərməyə razılaşdıq”.
Lakin Prezident Zelenski NATO-nun Baş katibi Mark Rutte ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında fərqli fikirlər səsləndirib: “Rusiya ultimatumlar vermək, onların köməyi ilə bu müharibənin dayandırılmasını təxirə salmaq istəyir. Onlar Prezident Trampın Rusiyaya qarşı sanksiyalar tətbiq etməməsi üçün çalışırlar”. Ukrayna başçısı həmçinin qeyd edib ki, Putin-Zelenski görüşünün “baş tutmaması” üçün “ruslar hər şeyi edir”.
“AzPolitika.info”



