Rütte: Lavrov İsa Məsih doğulandan Rusiyanın XİN rəhbəridir

Sergey Lavrov İsa Məsih doğulandan Rusiyanın xarici işlər naziridir.

Teleqraf xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rütte “The New York Times” nəşrinə müsahibəsində deyib.

O, Sergey Lavrovun müdafiə xərclərinin artım hədəflərinin NATO-ya üzv dövlətlərin iflasına və müflisləşməsinə gətirib çıxaracağı ilə bağlı bəyanatını şərh edib.

“Mən Sergey Lavrovu çox yaxşı tanıyıram. O, İsa Məsih doğulandan Rusiyanın xarici işlər naziridir. Mən onu heç vaxt ciddi qəbul etməmişəm”, – Rütte bildirib.

Onun fikrincə, Rusiya XİN başçısının bu bəyanatı “çəkindirmənin işə yaradığının aşkar sübutudur”.

“Bu, son dərəcə vacibdir, çünki Rusiya bütün mənalarda müharibə vəziyyətindədir”, – NATO Baş katibi söyləyib.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button