Rutte: Ukraynanın NATO-ya daxil olması geri dönməz prosesdir

Ukraynanın NATO-ya daxil olması geri dönməz prosesdir. Lakin bunu Rusiya-Ukrayna müharibəsində mümkün sülh sazişi ilə əlaqələndirmək olmaz.

“Polise.az”  “RBC-Ukrayna”ya istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Mark Rutte telemarafon zamanı efirdə deyib.

Baş katib əmin edib ki, bütün müzakirələrə baxmayaraq, Ukraynanın NATO-ya üzvlük məsələsi alyansın gündəmində qalır:

“Bu, Vaşinqton sammitinin nəticəsi idi: Ukraynanın NATO-ya gedən yolu dönməzdir. Heç nə də dəyişməyib. Biz Ukraynanın nə vaxtsa NATO-ya üzv olacağını deyəndə, bunun sülh sazişinin bir hissəsi olacağına söz vermədik”.

Qeyd edək ki, Kiyev 2024-cü ilin iyulunda Vaşinqtonda keçiriləcək sammitdə NATO-ya rəsmi dəvət alacağına ümid edib, lakin bu baş verməyib.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button