Sərhədsiz yalan, yaxud faşizmə qarşı neçə erməni döyüşüb?

Yalan çox böyük tərbiyəsizlikdir. Bunu bir xalqın təmsilçiləri edirsə, bu həm də onlar üçün faciədir. Ona görə də erməni liderləri danışıb, yazıdıqları yalanla ölkələrində tərbiyəsiz və gələcəkdə faciə yaşayacaq nəsil yetişdirirlər.

Bunun təsdiqi üçün qalın tarix kitablarını vərəqləməyə ehtiyac yoxdur. Günümüzdə dünyanın çox yaxşı bildiyi məsələlərə Ermənistan KİV və dövlət rəsmilərinin münasibəti bunu təsdiqləyir.

Mayın 9-da İkinci Dünya müharibəsinin taleyini həll etmiş bir hadisənin 75-ci ildönümü oldu. Bu, keçmiş sovet respublikalarının bir neçəsində Böyük Vətən Müharibəsi olaraq anılır.

Azərbaycan da həmin illərdə keçmiş SRRİ-nin təkibində olduğundan faşizmə qarşı mübarizəyə öz töhfəsini verib. Əslində sovet hərbi texnikasının çoxu Bakı nefti ilə hərəkət edib.

Müharibə başlayandan keçən qısa müddət ərzində Azərbaycanda 87 qırıcı batalyon, 1 124 özünümüdafiə dəstəsi təşkil edilib. 1941-1945-ci illərdə respublikanın 600 mindən çox oğlan və qızları cəbhəyə gedib.

Müharibə illərində neft və neft məhsullarının, təyyarələrin və tankların motor yağının, benzinlə təmin edilməsinin dörddə üçü Azərbaycan istehsalı idi. O dövrdə ölkədə istehsal edilən neftin 70-75%-i, benzinin 85-90%-i Azərbaycanın payına düşürdü. 1941-1945-ci illərdə Azərbaycan SSRİ-yə 70 milyon ton neft, 22 milyon ton benzin göndərmişdi. Uzun illər SSRİ neft və qaz sənayesinə başçılıq etmiş Nikolay Baybakov təsdiq edir ki, SSRİ-nin neft balansında Azərbaycanın iştirakı olmasaydı, Sovetlər İttifaqının faşizm üzərində qələbəsi sual altında qala bilərdi.

SSRİ-Almaniya müharibəsi cəbhələrində yüksək sərkərdəlik nümunələri göstərmiş Sovet İttifaqı marşalları G.K.Jukov və K.K. Rokossovski müharibə illərində dəfələrlə rəsmi çıxışlarında bildirmişdilər ki, Azərbaycan neftçiləri mühərriklər müharibəsində cəbhəni yanacaqla fasiləsiz təmin etməklə faşist ordusu üzərində qələbədə həlledici xidmətlər göstərmişlər.

Marşal Konstantin Rokossovski həmin fikri belə şərh etmişdi: “Hər bir hərbi təyyarəmizin, tank ekipajının düşmənə zərbəsində Bakı neftçilərinin payı vardır”.

Marşal A.A.Qreçko yazırdı: “Azərbaycandan cəbhəyə tükənməz axınla yüksək keyfiyyətli benzin, silah, döyüş sursatı və ərzaqla dolu yük qatarları gəlirdi”.

Bir də Hitlerin Bakı nefti olan tortu kəsməsi sənədli kinolenti də Azərbaycan “qara qızıl”ının İkinci Dünya müharibəsində oynadığı aparıcı rolu təsdiqləyən faktlardandır.

Başqa sözlərlə, Azərbaycan nefti həm sovetlər, həm də faşistlər üçün hədəf idi. Bu mövzunu uzatmaq istəməzdik, çünki tarixdə bu barədə yetərincə təkzib edilməz faktlar var.

Bəs həmin illərdə Ermənistan SSR qələbənin qazanmasına hansı təbii ehtiyatı ilə yardım edib? Bu müharibəyə ermənilərin nə kimi töhfəsi olub?

Başqa sahələrdə olduğu kimi, erməni liderləri bu məsələdə də yalan danışıb, saxtakarlıq edirlər.

Mərkəzi Ermənistan yerləşən “Lragir” saytında “Rusiya “Vətən Müharibəsində” ermənilərin rolunu niyə azaldır?” başlıqlı yazı dərc olunub. Məqalənin yalan üzərində qurulduğu elə ilk cümlədən bilinir.

Müəllif yazıb: “İkinci Dünya müharibəsində 650 min erməni iştirak edib, 350 min erməni ölüb. 1939-cu ildə SSRİ-də 2 milyona yaxın, o cümlədən Ermənistan SSR-də 1,3 milyon erməni yaşayırdı…”.

Rəqəmlər müəllifin səviyyəsini göstərir. Belə çıxır ki, ermənilər İkinci Dünya müharibəsini aparan tərəflərdən biri olub. Yəni 2 milyona yaxın erməninin müharibədə 350 mini ölüb. Bu onların sayının dörddə biri qədərdir. Heç kimə sirri deyil ki, müharibədə ən çox itkini say etibarı ilə Belarus və Ukrayna verib. Çünki ön xətdə bu iki respublikanın əhalisi olub.

Əhalinin azyaşlı, qoca və hərbi xidmətə yararsız sayı da var. Bu baxımdan 1,3 milyonluq Ermənistanın əhalisinin də təxminən yarısı müharibəyə gedib. Onun da yarısından çoxu ölüb. Ancaq istər sovetlərdən əvvəl, istərsə də sovet hakimiyyəti qurulandan sonra ermənilərə xarici qüvvələrin xüsusi yanaşması olub. Onlardan, bir qayda olaraq, Osmanlı dövləti, Türkiyə və Azərbaycana qarşı istifadə ediblər.

Odur ki, İkinci Dünya müharibəsində bu sayda erməninin ölməsi reallığı əks etdirmir. Niyə? Çünki həmin illərdə Ermənistan əhalisinin az qala yarısını türklər (azərbaycanlılar) təşkil edib.

Deməli, Ermənistan KİV-in iddia etdiyi kimi, müharibədə o sayda erməni ölməyib. 

Bir örnək göstərək: müharibə vaxtı Ermənstan SSR üzrə 200 kənd olub. Bu kəndlərin sakinləri çoxu türklər olub. Məsələn, Göyçə mahalının Çəmbərək rayonunun Ardanış kəndindən (indiki Krasnoselsk rayonu Artanış kəndi) 260 azərbaycanlı müharibəyə gedib, onlardan 169-u itkin düşüb, 29-u qayıdıb, qalanı isə həlak olub. Bu baxımdan, təxmini hesablamalara əsasən, müharibəyə Ermənistandan 283 min türk (azərbaycanlı) gedib.

Son 150 ildə erməni ideoloqlarının əsas hədəfi Osmanlı dövləti, Azərbaycan Qacar dövləti (indiki İran) olub. Əslində, o dövrdə ermənilər dünya güclərinin də hədəfində olan bu iki dövlətə qarşı mübarizədə vasitə olublar.

Ermənilərin ən qədim təşkilatı sayılan “Daşnaksütyun” Rusiya imperiyasından aldığı silahla Osmanlı dövlətinə qarşı vuruşub. Bu terrorçu təşkilat sonrakı fəaliyyətində də Türkiyə və Azərbaycanı hədəf alıblar. “Daşnaksütyun” 1907-ci ildən 1960-cı ilədək Sosialist İnternasionalın üzvü olub. 1996-cı ildən sonra müşahidəçi statusu ilə fəaliyyət göstərirdi. 2002-ci ildən yenə üzvülüyünü bərpa edib. Bu təşkilat Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların işğalında fəal rol oynayıb.

Erməni siyasilərin Böyük Vətən Müharibəsnin qəhrəmanı kimi Rusiyaya sırımaq istədiyi Qaregin Njde də ən böyük türk düşməni olub. O, 1886-cı il yanvarın 1-də İrəvan quberniyasının Naxçıvan qəzasında anadan olub. 1902-ci ildə Peterburq Universitetinin Hüquq fakültəsinə daxil olub, 1904-cü ildə təhsilini yarımçıq qoyub, erməni millətçilərinə qoşulub. İrana köçərək daşnakların orada təşkil etdiyi hərbi məktəbdə təhsil alıb, sonra Sofiyadakı zabit məktəbinə daxil olub. Məktəbi bitirdikdən sonra Murad Sebastatsinin başçılıq etdiyi erməni silahlı dəstələrindən birinə qoşulub. Eyni vaxtda Qaregin “Daşnaksütyun”a üzv olub və Njde ləqəbini alıb. 1909-cu ildə Rusiyaya (Qafqaza) silah almaq məqsədi ilə gəlib və həbs olunub. Lakin 1912-ci ildə azad edilib və Bolqarıstana qayıdıb. I Balkan müharibəsində Osmanlı imperiyasına qarşı döyüşlərdə iştirak edib, 272 nəfərlik könüllü erməni dəstəsinə başçılıq edib və s.

O, “ermənilik”, “sexakron” ideologiyasının liderlərindəndir. Bu ideologiyanın hədəfi türklər olub.

“Türklərə qarşı mübarizəsiz bir gün olmamalıdır”, – bu, Q.Njdenin əsas devizi olub. Deməli, o və “erməniliyin” tərəfdarları faşizmə əlaltısı olaraq türklərə və Rusiyaya qarşı mübarizə aparıblar.

Bu yalan və düşmənlik ideologiyasında Ermənistanda onlarla nəsil böyüyüb, tərbiyə alıb.

Bu yalanla böyüyənlərdən, babasını Böyük Vətən Müharibəsində sovet ordusu sıralarında döyüşdüyünü iddia edənlərdən biri də Ermənistan baş naziri Nikol Paşinyandır. O, “Mir” telekanalına müsahibəsində “babası Nikolun adını daşıması ilə fəxr” etdiyini deyib. Bundan sonra Nikol Paşinyan babası, 1913-cü il təvəllüdlü Nikol Paşinyanın fotosunu paylaşaraq onun Böyük Vətən Müharibəsi illərində vətən üçün döyüşdüyünü qeyd edib: “Nikol Paşinyan, 1913-1943, 554-cü motoatıcı alayın 138-ci diviziyası”. Ancaq onun bu paylaşımından sonra Nikol Vartanoviç Paşinyan nasist ordusunun sıralarında, Qaregin Njdenin rəhbərlik etdiyi legionda SSRİ-yə qarşı döyüşdüyünə dair şərhlər yazılıb.

KİV-in araşdırmasından sonra məlum olub ki, 1913-cü il dekabrın 23-də Yerevan quberniyasının Yenokavan bölgəsində anadan olmuş Nikol Paşinyan düşmənlə əməkdaşlıq edib və öldürülüb.

Deməli, Ermənistanın indiki baş naziri və bu ölkənin KİV-i yalan ideologiyanın təbliğatçısı və əsiridir. Bu onların milli tərbiyəsinə də təsirsiz ötüşməyib. Bu saxta düşüncə ilə tərbiyə olunanların fəaliyyəti 100 il bundan əvvəl necə idisə, indi də elədir.

Ermənistan mətbuatı Rusiyaya qarşı iddialı çıxış ediblər. Onların iddiasından belə çıxır ki, Böyük Vətən Müharibəsində əsas rolu ermənilər oynayıb və təxminən yarım milyon erməni də bu müharibə də ölüb.

Nikol Vartanoviçin bu müharibədə “iştirakı” ermənilərin döyüş qabiliyyətinin, iştirakçılarının göstəricisi sayıla bilər. Mikoyanların da fəaliyyətini bura əlavə etsək, səhnə tamamlanar.

Bu baxımdan Böyük Vətən Müharibəsində iştirak edən ermənilərin sayı çox az olduğundan saya gəlməz.

Bütün bəlalar, fəsadlar yalandan doğur. Liderlərinin yalan danışması o entosun fəlakətidir. Bir zamanlar “ermənilik” dünya güclərinin işinə yarayırdı. Onlar bu əsasda yaranan erməni millətçiliyindən öz maraqlarının təmin olunması üçün istifadə edirdilər. Həmin güclər bu gün də hədəflərini dəyişməyib. Deməli, “ermənilik” Nikol Paşinyanların timsalında “ayaqüstə” durur. Ancaq başqalarının əlində alətə çevirilən “ermənilik” bir etnosun böyüməkdə olan nəslini yenidən zəhərləyir. Paşinyan tərbiyəsi naqis nəslin yetişməsində aparıcı rol oynayır. Elə bu naqislik onların dövləti idarəşiliyində, parlamentində də görünməkdədir.

Mənbə
report.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close