Səbinə Əliyeva: Müharibə iştirakçılarının bir qismi əlilliyin müəyyən edilməsi ilə bağlı problemlərlə üzləşir

“Müharibə iştirakçılarının bir qismi əlilliyin müəyyən edilməsi ilə bağlı problemlərlə üzləşir”.

Polise.az  xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları” mövzusuna həsr olunmuş dəyirmi masada çıxış edərkən deyib.

O qeyd edib ki, başçəkmələr zamanı xüsusilə psixiatriya müəssisələrində sıxlıq problemi aşkar edilib:

“Belə ki, gün-gündən əhalisinin sayı artan paytaxt Bakı şəhərində yalnız bir psixiatriya xəstəxanasının mövcudluğu, habelə 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının paytaxtla yanaşı, respublikanın digər bölgələrindən də xəstələri qəbul etməsi həmin xəstəxanalarda sıxlığa səbəb olur. Aparılan təhlillər onu göstərir ki, həm paytaxtda, həm də bölgələrdə ixtisaslaşmış psixiatriya xidməti göstərə biləcək kadrların sayı da azdır”.

S.Əliyeva onu da diqqətə çatdırıb ki, psixiatriya xəstəxanalarında müalicə alan müharibə iştirakçıları müəssisədə olduqları müddətdə dövlət hesabına dərman preparatları ilə təmin edilsələr da, evə yazıldıqdan sonra bəzi hallarda onlara müvafiq preparatlann pulsuz verilməsi dayandırılır.

O qeyd edib ki, həmin preparatlar psixotrop xarakter daşıdığından və kifayət qədər maddi vasait tələb etdiyindən pasiyentlər ya həmin dərmanları sonradan ala bilmir, ya da yalnız bir qismini əldə edə bilir:

“Nəticədə müalicə sona çatdırılmır. Bu baxımdan, Vətən müharibəsi iştirakçısı olmuş, müvafiq psixiatriya müəssisələrində qeydiyyatda olan, əlilliyi olmayan, müalicə alan pasiyentlarin psixiatriya müəssisələrini tərk etdikdən sonra da dövlət hesabına müvafiq dərmanlarla təmin edilməsinə ehtiyac olduğu vurğulanmalıdır”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button