Səfir: COP29 vasitəsilə qlobal problemi həll etmək üçün Azərbaycanla birlikdə səylər göstərməkdən qürur duyuruq

Ölkələrimiz arasında diplomatik əlaqələr 1992-ci il sentyabrın 1-də qurulub. O vaxtdan etibarən biz iki ölkənin rəhbərliyi ilə ikitərəfli münasibətlərdə çoxsaylı nailiyyətlərin, inkişafın, uğurların şahidi olmuşuq.

Polise.az  xəbər verir ki, bu sözləri Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında diplomatik əlaqələrin qurulmasının 32-ci ildönümü münasibətilə keçirilən tədbirdə BƏƏ-nin ölkəmizdəki səfiri Məhəmməd Əl Bluşi söyləyib.

Səfir iki ölkə arasında imzalanmış çox mühüm sənəd – Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumunu xüsusi vurğulayıb.

O diqqətə çatdırıb ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin möhkəm iradəsi sayəsində dostluq-qardaşlıq münasibətlərimiz möhkəm təməl üzərində inkişaf edir.

BƏƏ-nin iri şirkətləri olan “Masdar” və ADNOC tərəfindən Azərbaycanda mühüm layihələrin həyata keçirildiyini qeyd edən səfir Məhəmməd Əl Bluşi bildirib ki, COP29 vasitəsilə qlobal problemi – iqlim dəyişikliyini həll etmək üçün birlikdə səylər göstərməkdən qürur duyuruq. “BƏƏ bütün təcrübəsi ilə Azərbaycanı dəstəkləyir. Bir daha əziz Azərbaycanı bu mühüm beynəlxalq tədbirə ev sahibliyi etməsi münasibətilə təbrik edirik”, – deyə diplomat vurğulayıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button